AZ

Tramp Paşinyana hədiyyə göndərdi

Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

News365.az xəbər verir ki, Ermənistan səfirliyinin məlumatına görə, yeni təyin olunmuş səfirlər üçün tədbir çərçivəsində keçirilən görüşdə səfir Narek Mkrtçyan ABŞ prezidenti Donald Trampa Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün göstərdiyi ardıcıl səylərə, eləcə də 8 avqustda Ağ Evdə imzalanmış tarixi müqavilə və sənədlərə görə təşəkkür edib.

Öz növbəsində ABŞ prezidenti Donald Tramp Ermənistan xalqını təbrik edərək, onların davamlı sülhə layiq olduğunu vurğulayıb və sülh prosesinə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

Prezident Tramp həmçinin Baş nazir Nikol Paşinyanın liderliyini və sülh prosesinin irəliləməsindəki mühüm rolunu vurğulayıb.

Prezident Tramp həmçinin Baş nazir Paşinyana minnətdarlığını bildirmək üçün üzərində şəxsi yazı olan hədiyyə təqdim edib.

Seçilən
29
7
news365.az

10Mənbələr