AZ

Azərbaycandan Yunanıstana neft ixracı artıb

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana313,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş590,6 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 169 milyon dollar və ya 2,2 dəfə, həcmbaxımından isə 362,5 min ton və ya 2,6 dəfə çoxdur.

Bu müddət ərzində Yunanıstan Azərbaycanın ən çox neft ixracetdiyi ölkələrin siyahısında 7-ci yerdə qərarlaşıb.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Seçilən
35
15
az.trend.az

10Mənbələr