Beyləqan şəhəri, Akif Əkbərov küçəsinə vurulan asfalt müzakirələrə səbəb olub.
Sakinlərin sözlərinə görə, asfalt qatı o qədər nazikdir ki, ayaqla bir az bərk basanda dağılır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, küçə uzun illər əsaslı təmir edilməyib. Son bir həftə ərzində vurulan asfalt isə standartlara uyğun olmayıb.
Məsələ ilə bağlı podratçı şirkət olan “Yol İnşaatı Servis” MMC-nin baş mühəndisi Allahverdi İmanov “Xəzər Xəbər”ə bildirildi ki, avtomobillərin intensiv hərəkət etdiyi bu küçədə təmir işləri gecə saatlarında aparılıb.
O da qeyd edildi ki, küçədə aparılan əsaslı təmir işlərinin təxminən 90 %-i başa çatıb, hələ yekunlaşmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.