AZ

Beyləqanın mərkəzi küçəsinə vurulan asfalt müzakirələrə səbəb olubVİDEO

Beyləqan şəhəri, Akif Əkbərov küçəsinə vurulan asfalt müzakirələrə səbəb olub.

Sakinlərin sözlərinə görə, asfalt qatı o qədər nazikdir ki, ayaqla bir az bərk basanda dağılır.

Xezerxeber.az-ın məlumatına görə, küçə uzun illər əsaslı təmir edilməyib. Son bir həftə ərzində vurulan asfalt isə standartlara uyğun olmayıb.

Məsələ ilə bağlı podratçı şirkət olan “Yol İnşaatı Servis” MMC-nin baş mühwndisi Allahverdi İmanov   

"Xəzər Xəbər"ə bildirildi ki, avtomobillərin intensiv hərəkət etdiyi bu küçədə təmir işləri gecə saatlarında aparılıb.  

O da qeyd edildi ki, küçədə aparılan əsaslı təmir işlərinin təxminən 90 %-i başa çatıb, hələ yekunlaşmayıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
53
1
xezerxeber.az

2Mənbələr