AZ

Gənclər və İdman Nazirliyi 2025 ci ilin ən yaxşılarını açıqlayıb

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, "Buta Palace"da təşkil olunan tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və onları tədbirdə görməkdən məmnun olduğunu bildirib. Nazir 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini vurğulayıb və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayır. 2025-ci lin ən yaxşı idman veteranı 1. Tərlan Həsənov (cüdo) 2. Tamilla Bünyatova (atletika) 3. Məhəmməd Müslümzadə (sambo) 2025-ci ilin Ədalətli oyun (Fair Play) mükafatçısı 1. Azərbaycan Badminton Federasiyası 2. Azər İlyasov (kanoe və avarçəkmə) 3. Rauf Məmmədov (şahmat) 2025-ci ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi 1. "Ulduz" Futbol Akademiyası 2. Respublika Kompleks İdman məktəbi 3. Şuşa Rayon Uşaq Gənclər İdman məktəbi 2025-ci ilin idman mövzusunda ən yaxşı videoçarxı 1. "Arzunun ardınca" 2. "Baku Open 2025" beynəlxalq şahmat festivalı (şahmat) 3. "Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən" (taekvondo) 2025-cİ ilin ən yaxşı idman fotoqrafı 1. İlqar Cəfərov (Azərtac) 2. İslam Atakişiyev (İdman.Biz) 3. Samirə Həsənova (Report.az) AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
azvision.az

6Mənbələr