AZ

Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirir

Bu gün Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi təşkil edib.

İdman.Biz xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Qala mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və onları tədbirdə görməkdən məmnun olduğunu bildirib. Nazir 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini vurğulayıb və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib.

Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayacaq.

İdman.Biz
Seçilən
50
4
idman.biz

6Mənbələr