AZ

XİN: Rusiya İraqın yeni hökuməti ilə sıx əməkdaşlığa hazırdır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya tərəfi İraqın yeni hökuməti ilə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında, Rusiya XİN-nin müavini Sergey Verşinin və İraqın Moskvadakı səfiri Abdulkərim Haşim Mustafa arasında baş tutan görüşün nəticələrinə əsasən qeyd olunur.

Görüş zamanı Verşinin İraq səfirindən etimadnamələrin surətlərini qəbul edib.

"Rusiya tərəfi, 11 noyabr tarixində İraqda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan yeni hökumət ilə sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib," – deyə nazirlik açıqlama verib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin, görüş zamanı tərəflərin "ənənəvi dostluq münasibətləri əsasında, rus-iraq əlaqələrinin daha da inkişafı üzrə mövcud məsələləri və yaxın gələcəkdəki ikitərəfli əlaqələr cədvəlini müzakirə etdiklərini" əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
icma.az

1Mənbələr