AZ

Rusiya AZAL təyyarəsi ilə bağlı vədini niyə yerinə yetirmir?VİDEO

Rusiya AZAL təyyarəsinin vurulmasına görə hüquqi addımların atılacağını və kompensasiya ödəniləcəyi vədini verdi. Amma əməl etmədi...

Xezerxeber.az xəbər verir ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Azərbaycan xalqına və dövlətinə böyük faciə üz verdi.

Təyyarə Bakı şəhərindən Rusiyanın Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirirdi. Məhz Rusiya səmasında da vuruldu. Pilotların yüksək peşəkarlığı sayəsində təyyarə qəza enişi etdi. Nəticədə də 38 nəfər həlak oldu.

Millət vəkili Elçin Mirzəbəyli deyir ki, Azərbaycan Hava yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulması faktı ilk gün təsdiqlənmişdi.

Millət vəkili vurğulayıb ki, Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammitində Rusiya prezidenti Vladimir Putin kompensasiyanın ödəniləcəyini və hüquqi müstəvidə müvafiq addımlar atılacağını bəyan etmişdi. Lakin, hələ də bu istiqamətdə müvafiq addımlar atılmayıb.

O, bildirir ki, əgər lazımi addımlar atılmayacaqsa, təbii ki bu da şimal qonşumuzun davranışı səbəbindən Azərbaycanla Rusiya arasındakı etimad mühitinin zədələnməsinə gətirib çıxaracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
39
xezerxeber.az

1Mənbələr