AZ

Levon Mnatsakanyan son sözlə çıxış edir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Dekabrın 23-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib.

O, 2016-cı ilin Aprel döyüşləri, muzdlular və s. barədə ittiham tərəfinin və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks fikirlərini səsləndirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
35
azpolitika.info

10Mənbələr