
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Yeniavaz.com xəbər verir ki, dekabrın 23-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib.
O, 2016-cı ilin Aprel döyüşləri, muzdlular və s. barədə ittiham tərəfinin və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks fikirlərini səsləndirib.