AZ

Bu məktəbdə yanğın OLDU - şagird və müəllimlər təxliyə EDİLDİ

Bu gün Lerik rayonu Şahlar Rüstəmov adına Büzeyir kənd ümumi orta ümumtəhsil məktəbində yanğın baş verib. 

Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, dam örtüyündən başlayan yanğının lokallaşdırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tədbirlər görülüb. 

Müvafiq plana uyğun olaraq şagird və müəllimlər təhlükəsiz əraziyə təxliyə ediliblər.

***

Lerik rayonunda məktəbdə yanğın olub.

Redaktor.az xəbər verir ki, hadisə Buzeyir kəndinə yerləşən təhsil müəssisəsində qeydə alınıb.

Yanğın məktəbin dam örtüyündən başlayıb. Əraziyə FHN qüvvələri cəlb olunub. Məktəblilər təxliyə edilib.

Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.

Seçilən
44
3
redaktor.az

5Mənbələr