Lerikdə 20-dən yuxarı şagirdin təhsil aldığı məktəb yanıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Şahlar Rüstəmov adına Büzeyir kənd ümumi orta ümumtəhsil məktəbində baş verib.
Yanğın məktəbin dam örtüyündən başlayıb. Əraziyə FHN qüvvələri cəlb olunub. Məktəblilər təxliyə edilib.
Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Lənkəran-Astara regional təhsil idarəsindən NOCOMMENT.az -a hadisə ilə bağlı açıqlama verilib.
Açıqlamada bildirilir: “Bu gün Lerik rayonu Şahlar Rüstəmov adına Büzeyir kənd ümumi orta ümumtəhsil məktəbində yanğın baş verib. Dam örtüyündən başlayan yanğının lokallaşdırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tədbirlər görülüb. Müvafiq plana uyğun olaraq şagird və müəllimlər təhlükəsiz əraziyə təxliyə edilibər.
Hazırda müvafiq təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədirlər”.