AZ

Azərbaycana indiyə qədər yatırılmış sərmayənin məbləği açıqlandı

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 milyard ABŞ dollarından çox olub, bunun da təxminən yarısı xarici investisiyaların payına düşüb.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, xarici sərmayədarların aktiv iştirakı ilə yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda layihələr həyata keçirilir. “Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizdə rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir” – deyə nazir müavini əlavə edib. /APA/

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
9
azpost.info

10Mənbələr