AZ

Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 milyard dolları ötüb

İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 milyar ABŞ dollarından çox olub, bunun da təxminən yarısı xarici investisiyaların payına düşüb.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, xarici sərmayədarların aktiv iştirakı ilə yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma,
turizm və digər sektorlarda layihələr həyata keçirilir.

"Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizdə rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir" - deyə nazir müavini əlavə edib.

Seçilən
23
9
apa.az

10Mənbələr