AZ

Qəzaya uğrayan təyyarəyə həsr olunmuş poçt markası buraxıldı


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, markanın təqdimat mərasimi bu gün Azərbaycan Milli Tarix Muzeyində keçirilib.
Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.
Poçt markasının dövriyyəyə buraxılışı AZAL və “Azərpoçt” MMC-nin birgə təşəbbüsüdür və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr edilib. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.
Seçilən
12
19
yeniavaz.com

10Mənbələr