AZ

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası təqdim olunub (FOTO)

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-dəQazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasıburaxılıb.

Trend xəbərverir ki, markanın təqdimat mərasimi bu gün Azərbaycan Milli TarixMuzeyində keçirilib.

Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusiekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alansonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və millitariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daimyaşadılmasını ifadə edir.

Poçt markasının dövriyyəyə buraxılışı AZAL və "Azərpoçt" MMC-ninbirgə təşəbbüsüdür və Aktau yaxınlığında baş vermiş təyyarəqəzasının ildönümünə həsr edilib. Layihə faciə qurbanlarının əzizxatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdəpeşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını önplana çıxarır.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyatakeçirən sərnişin təyyarəsinin göyərtəsindəki 67 nəfərdən 38-i həlakolub, 29-u sağ qalıb.

Məqalədə:
Seçilən
9
19
az.trend.az

10Mənbələr