AZ

"Napoli"nin möhtəşəm zəfəri: İtaliya Superkuboku Neapola gedir

"Napoli" İtaliya Superkubokunun finalında "Bolonya"nı məğlub edərək möhtəşəm qələbəyə imza atıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Antonio Kontenin rəhbərlik etdiyi komanda hər iki hissədə üstün oyun nümayiş etdirərək rəqibini 2-0 hesabı ilə üstələyib.

Matçın qəhrəmanı dubla imza atan David Neres olub. O, qarşılaşmanın 39-cu və 57-ci dəqiqələrində rəqib qapısına yol taparaq "Napoli"yə kuboku qazandırıb.

Bu qələbə ilə "Napoli" mövsümdə ilk titulunu qazanaraq və azarkeşlərinə böyük sevinc bəxş edib.

Kamil Xudiyev

Seçilən
38
2
fanat.az

3Mənbələr