"Napoli" İtaliya kubokunun finalında "Bolonya"nı məğlub edərək möhtəşəm qələbəyə imza atıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Antonio Kontenin rəhbərlik etdiyi komanda hər iki hissədə üstün oyun nümayiş etdirərək rəqibini 2-0 hesabı ilə üstələyib.
Matçın qəhrəmanı dubla imza atan David Neres olub. O, qarşılaşmanın 39-cu və 57-ci dəqiqələrində rəqib qapısına yol taparaq "Napoli"yə kuboku qazandırıb.
Bu qələbə ilə "Napoli" mövsümdə ilk titulunu qazanaraq və azarkeşlərinə böyük sevinc bəxş edib.
Kamil Xudiyev