AZ

KƏPƏZ BOKT ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin 1 milyon istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlamış, 10 təqvim günü davam etmişdir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AZ2012020809 İSİN kodlu istiqrazların yerləşdirilməsi 22 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

İstiqrazlara 55 investor 55 sifariş təqdim edib və istiqrazlar tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012020809

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  10,000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti:  24 ay

Minimal qiymət:  100 (15.0000%) manat 

Maksimal qiymət:  100 (15.0000%) manat

Kəsmə qiymət:  100 (15.0000%) manat

Ortaçəkili qiymət:  100 (15.0000%) manat

Reallaşdırılmış həcm:  1000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  1000 000 manat

İnvestor sayı:  55

Sifariş sayı:  55

Anderrayter:  “Troni İnvestisiya Şirkəti” QSC

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
7
marja.az

8Mənbələr