AZ

Xalq Bank ın istiqrazlarına 72 investordan 72 sifariş

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Xalq Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitmişdir.

AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir. İstiqrazlara 72 investor 72 sifariş təqdim edib və tam məblğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Xalq Bank" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2002005513

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  50 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi:  5 000 000 manat

İllik gəlirlilik faizi:  9%

Ödəmə Periodu:  Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  2 il

Minimal qiymət:  100 (9.0000%) manat 

Maksimal qiymət:  100 (9.0000%) manat

Kəsmə qiymət:  100 (9.0000%) manat

Ortaçəkili qiymət:  100 (9.0000%) manat

Reallaşdırılmış həcm:  5 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  5 000 000 manat

İnvestor sayı:  72

Sifariş sayı:  72

Anderrayter:   “Xalq Kapital İnvestisiya Şirkəti” QSC

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
7
marja.az

7Mənbələr