Olaylar xəbər verir ki, bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen yerli telekanala müsahibəsində deyib.
"Biz yaxın zamanda ABŞ səfirini Xarici işlər nazirliyinə danışıqlara çağırıb ona iki tələbimizi bildirəcəyik: (mövqeyi )açıq-aydıb bildirsinlər və izahat versinlər", -deyə nazir bildirib .
O, krallığın suverenliyinin ABŞ rəhbərliyi tərəfindən sual altına alınmasının yolverilməz olduğunu vurğulayıb.
Xatırladaq ki, dekabrın 21-də ABŞ prezidenti Donald Tramp öz "Truth Social" sosial şəbəkə hesabında Luiziana ştatından olan qubernator Ceff Lendrini ABŞ-nin Qrenlandiyaya xüsusi elçisi təyin etdiyini yazmışdı.
ABŞ liderinin fikrincə, qubernator "Qrenlandiyanın milli təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığını anlayır və təhlükəsizlik naminə ABŞ-nin maraqlarını qətiyyətlə müdafiə edəcək".
Lendri əvvəlki bəyanatlarında Danimarkanın muxtar ərazisini ABŞ-a birləşdirməyə çalışacağını söyləmişdi.