AZ

ABŞ-nin Qrenlandiyaya xüsusi elçi təyin etməsi siyasi qalmaqala yol açıb

Bakı. Trend:

ABŞ-nin Danimarkadakı səfiri Ken Houeri Ağ Ev rəhbəri DonaldTrampın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsi ilə əlaqədarölkənin xarici işlər nazirliyinə çağırılacaq.

Trend xəbər verirki, bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen yerlitelekanala müsahibəsində deyib.

“Biz yaxın zamanda ABŞ səfirini Xarici işlər nazirliyinədanışıqlara çağırıb ona iki tələbimizi bildirəcəyik: (mövqeyi)açıq-aydıb bildirsinlər və izahat versinlər”, -deyə nazir bildirib.

O, krallığın suverenliyinin ABŞ rəhbərliyi tərəfindən sualaltına alınmasının yolverilməz olduğunu vurğulayıb.

Xatırladaq ki, dekabrın 21-də ABŞ prezidenti Donald Tramp öz“Truth Social” sosial şəbəkə hesabında Luiziana ştatından olanqubernator Ceff Lendrini ABŞ-nin Qrenlandiyaya xüsusi elçisi təyinetdiyini yazmışdı.

ABŞ liderinin fikrincə, qubernator “Qrenlandiyanın millitəhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığını anlayır vətəhlükəsizlik naminə ABŞ-nin maraqlarını qətiyyətlə müdafiəedəcək”.

Lendri əvvəlki bəyanatlarında Danimarkanın muxtar ərazisiniABŞ-a birləşdirməyə çalışacağını söyləmişdi.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr