AZ

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsə cəza istənildi - 18 il...

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə Karen Avanesyan ifadə verib.

 

Daha sonra isə cinayət işi üzrə şahidlər dindirilib.

 

Məhkəmədə Sosial Xidmətlər Agentliyinin əməkdaşı da şahid qismində ifadə verib.

 

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə dekabrın 25-də davam etdiriləcək.

Tarix: 22 Dekabr 2025, 17:34   
Seçilən
13
3
pravda.az

10Mənbələr