AZ

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsə cəza istənilib

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə Karen Avanesyan ifadə verib.

Daha sonra isə cinayət işi üzrə şahidlər dindirilib.

Məhkəmədə Sosial Xidmətlər Agentliyinin əməkdaşı da şahid qismində ifadə verib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə dekabrın 25-də davam etdiriləcək.

Seçilən
33
41
apa.az

10Mənbələr