Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 4 min manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əhmədova müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırma aparılır.