AZ

Sumqayıtda “işə düzəltmək” adı altında dələduzluq edən şəxs saxlandı


Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə *4000* manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub.

Bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əhmədova müəyyən olunaraq saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
53
6
baki-xeber.com

10Mənbələr