AZ

Rumıniya Azərbaycandan neft tədarükünü əhəmiyyətli dərəcədə artırıb

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rumıniyaya 559,7milyon ABŞ dolları dəyərində 1,043 milyon ton həcmində bitumlusüxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixracolunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 191,1 milyon dollar və ya 51,8 , həcm baxımındanisə 419 min ton və ya 67,1 faiz artıb.

Hesabat dövrü ərzində Rumıniya Azərbaycanın ən çox neft və neftməhsulları ixrac etdiyi ölkələr arasında dördüncü yeri tutub.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Seçilən
80
13
az.trend.az

10Mənbələr