AZ

Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb

Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, Bugünə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd-dan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına $18 mlrd sərmayə qoyub: “Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridirlər. Türkiyədə 3000 Azərbaycan şirkəti fəal iş aparır. Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq. Azərbaycanın azad edilmiş ərazilərində icra edilən layihələrdə qardaş Türkiyə şirkətləri bizimlə bərabər çalışır. 20-yə yaxın Türkiyə şirkəti həmin ərazilərdə 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır. Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir”.

Seçilən
24
12
operativmm.az

10Mənbələr