AZ

Azərbaycan ilk dəfə Budapeşt Sirk Festivalının münsiflər heyətində

Azərbaycan Respublikası ilk dəfə olaraq Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətində təmsil olunub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov 2026-cı ildə keçiriləcək XVI Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətinin üzvü kimi seçilib.

Qeyd edək ki, festivalın münsiflər heyəti dünya miqyasında tanınmış incəsənət, mədəniyyət və sirk xadimlərindən formalaşıb və bu heyətdə fəxri münsif qismində əfsanəvi sənətkar Çarli Çaplinin oğlu Yucin Çaplin də təmsil olunur.

Seçilən
33
8
publika.az

10Mənbələr