ain.az, Operativmedia portalına istinadən məlumat verir.
Azərbaycan Respublikası ilk dəfə olaraq Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətində təmsil olunub.Operativ Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov 2026-cı ildə keçiriləcək XVI Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətinin üzvü kimi seçilib.
Qeyd edək ki, festivalın münsiflər heyəti dünya miqyasında tanınmış incəsənət, mədəniyyət və sirk xadimlərindən formalaşıb və bu heyətdə fəxri münsif qismində əfsanəvi sənətkar Çarli Çaplinin oğlu Yucin Çaplin də təmsil olunur.
Avropanın ən nüfuzlu sirk sənəti platformalarından biri hesab olunan bu festivalda Azərbaycanın münsiflər heyətində təmsil olunması ölkəmizin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və peşəkar ekspertizasının tanınmasının növbəti göstəricisidir. Bu iştirak mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq mədəni dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.