AZ

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, gecə saatlarında 36 yaşlı şəhər sakini Ənvərpaşa Qasımov qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.
 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı Ramin Əhmədov tutulub.


Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
46
2
bizim.media

9Mənbələr