AZ

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, 43 yaşlı Ramin Əhmədov aralarında yaranmış mübahisə zəminində 36 yaşlı şəhər sakini Ənvərpaşa Qasımovun qarın nahiyəsinə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
24
4
bakivaxti.az

9Mənbələr