AZ

Qadın sürücü QƏZA TÖRƏTDİ – VİDEO

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, hadisə rayonun Muğan prospektində qeydə alınıb.

“Chevrolet” markalı minik avtomobilini idarə edən rayonun Yenikənd kənd sakini 2005-ci il təvəllüdlü Günay Mustafazadə Əskərbəyli kənd sakini 1985-ci il təvəllüdlü Famil Əmraslanovun idarə etdiyi yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində qadın sürücü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
29
50
nocomment.az

10Mənbələr