Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, hadisə rayonun Muğan prospekti də qeydə alınıb.
Chevrolet markalı minik avtomobilini idarə edən rayonun Yenikənd kənd sakini 2005-ci il təvəllüdlü Günay Mustafazadə Əskərbəyli kənd sakini 1985-ci il təvəllüdlü Famil Əmraslanov idarə etdiyi yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində qadın sürücü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.