AZ

ABL: “Neftçi” NTD üzərində qələbəyə sevindi – ARENA.AZ

Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış oyununda “Neftçi” NTD ilə üz-üzə gəlib.

A qrupunun oyununda paytaxt təmsilçisi qələbə qazanıb – 106:89.

Xatırladaq ki, turun daha öncə keçirilmiş oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” “Lənkəran”ı (84:72), “Gəncə” “Şəki”ni (78:73), “Abşeron Lions” “Sabah”ı (101:97) məğlub edib.

10 turdan sonra yarış cədvəlindəki vəziyyət belədir:

A qrupu: Abşeron Lions – 19. Sabah – 17. Gəncə – 14. Neftçi – 14. Şəki – 12. NTD – 11.

B qrupu: Ordu – 20. Naxçıvan – 18. Quba – 14. Sərhədçi – 13. Lənkəran – 13. Sumqayıt – 11.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Seçilən
5
5
arena.az

10Mənbələr