AZ

Ayxan Abbasov: “Gənclər etimadı tam doğrultmurlar” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü “Şamaxı”nın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ayxan Abbasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. Göstərdiyimiz oyunu nəzərə alsaq, məğlubiyyəti haqq etmirdik. Çempionat oyununda bu qədər qol epizoduna girib, dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik. İndiyə qədər topladığımız xal sayı pis deyil. Amma daha da yaxşı ola bilərdi. Bəlkə də futbolçularımızdan çox şey istəyirik. Bu gün təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmurlar. Biz onların gələcəyini düşünərək, daha böyük şeylər fikirləşirik. Amma bu oyunlarda bu qədər epizoda girib, istifadə edə bilməməkləri bizi üzür.

Qış fasiləsinə gedirik. Fasilədən sonra yenə də gərgin çempionat olacaq. İstəyərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə, ya da daha irəliəy yüksələk. Amma demək ki, futbolçularımız buna hələ tam hazır deyillər. Özlərinə inanmaqları vacibdir. “Araz-Naxçıvan”ı təbrik edirəm. Vacib qələbə qazandılar. Onlara da uğurlar arzulayıram”.

Seçilən
24
5
arena.az

10Mənbələr