Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılmasına və ikitərəfli ticarət üçün şərait yaradılmasına görə təşəkkür edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.
Paşinyan qeyd edib ki, bu addım regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətlərdən biridir.