AZ

Paşinyan Əliyevə təşəkkür etdi...

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinə qarşı tranzit blokadasını ləğv etmək qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi. Onilliklər ərzində "ilk ikitərəfli ticarət" adlandırdığı bu daşınmaya toxunan Paşinyan bunu "regionda sülh və sabitliyin bərqərar olması istiqamətində ilk əhəmiyyətli nailiyyətlərdən biri" adlandırdı.

“Armenpress”-in məlumatına görə, Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin Prezident Kitabxanasında keçirilən Avrasiya İqtisadi Birliyinin (AAİB) ən yüksək orqanı olan Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edib.

Cənubi Qafqazda davam edən "müsbət və konstruktiv dəyişikliklərin" daha geniş regiondakı bütün dövlətlər üçün "yeni imkanlar yaratdığını" və iqtisadi sabitliyi gücləndirdiyini deyən Paşinyan nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yanaşmalarına toxunub. "Regionda sülh və sabitliyin bərqərar olması istiqamətində ilk əhəmiyyətli nailiyyətlərdən biri"

Ermənistanın Baş naziri Azərbaycan ərazisindən ölkəsinə malların tranzitinə qoyulan blokadanı aradan qaldırmaqla ikitərəfli ticarətin bərpası üçün lazımi şərait yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

NURAY

 

Seçilən
7
20
hurriyyet.az

10Mənbələr