Tərtər şəhərində suvarma kanalında 1 nəfər batıb.
Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub. "Report"un məlumatına görə, Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.