AZ

Tərtərdə kanalda batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub.

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.

Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Hazırda FHN-nin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Tərtər şəhərində suvarma kanalında 1 nəfər batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Seçilən
14
31
far.az

10Mənbələr