AZ

Tərtərdə bir nəfər kanalda batdı


Tərtər şəhərində suvarma kanalında bir nəfər batıb.

Medicina.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında bir nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Seçilən
28
29
medicina.az

10Mənbələr