AZ

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb"

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, "EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev verdiyi açıqlamada yayılan məlumatları təkzib edib.

O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:

"Tünzalə Sultanova adlı şəxsin bizim hospitalda vəfat etdiyi bildirilir, lakin bu məlumat tamamilə yanlışdır. Qeyd olunan şəxs nə xəstəxanamızda müalicə alıb, nə də ki, orada vəfat edib".

***16:39

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun "EGE Hospital"da vəfat etdiyi iddia olunub.

Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

Seçilən
73
2
far.az

10Mənbələr