Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib.
NOCOMMENT.az xəbər verir ki, “EGE Hospital”ın icraçı direktoru Rafael Əliyev Oxu.Az-a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib.
O qeyd edib ki, Tünzalə Sultanova “EGE Hospital”da müalicə almayıb:
“Tünzalə Sultanova adlı şəxsin bizim hospitalda vəfat etdiyi bildirilir, lakin bu məlumat tamamilə yanlışdır. Qeyd olunan şəxs nə xəstəxanamızda müalicə alıb, nə də ki, orada vəfat edib”.