AZ

Pakistanın sabiq baş naziri İmran Xan 17 il müddətinə azadlıqdan məhrum edilib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan məhkəməsi ölkənin sabiq baş naziri İmran Xan və onun həyat yoldaşı Buşra Bibini dövlət hədiyyələrinin aşağı qiymətlə alınması ilə bağlı korrupsiya işi üzrə hər birini 17 il müddətinə azadlıqdan məhrum edib.

Bizimyol.info xəbər verir ki, hökm Pakistan Federal Təhqiqat Agentliyinin nəzdində fəaliyyət göstərən xüsusi məhkəmə tərəfindən çıxarılıb.

Məhkəmə İmran Xan və həyat yoldaşına etimaddan sui-istifadəyə görə 10 il, korrupsiya əleyhinə qanunvericiliyə əsasən isə əlavə 7 il ciddi rejimli həbs cəzası təyin edib. Bununla yanaşı, onlara iri məbləğdə cərimələr də kəsilib.

İş Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən rəsmi səfərlər zamanı İmran Xana hədiyyə edilən bahalı saatlarla bağlıdır. İttihama görə, Xan və həyat yoldaşı bu saatları dövlətə məxsus hədiyyələrlə bağlı qaydaları pozaraq, bazar qiymətindən xeyli aşağı məbləğə dövlət balansından satın alıblar. Rəsmilərin bildirdiyinə görə, bu əməliyyat dövlət büdcəsinə bir neçə milyon rupi həcmində ziyan vurub.

İmran Xanın nümayəndəsi Zülfikar Buxari hökmü “ədalətin əsas prinsiplərini nəzərə almayan” qərar adlandırıb və məhkəmə prosesinin “seçmə xarakterli təqib aləti” kimi istifadə edildiyini bildirib. KİV-in məlumatına görə, Xan artıq hüquq komandasına qərardan İslamabad Ali Məhkəməsinə şikayət verməyi tapşırıb.

Ölkənin informasiya naziri Attaullah Tarar qeyd edib ki, İmran Xana verilən yeni cəzanın icrası onun torpaq ötürülməsi ilə bağlı başqa bir korrupsiya işi üzrə əvvəllər təyin olunmuş 14 illik həbs müddətini tam başa vurmasından sonra başlayacaq.

İmran Xan 2023-cü ilin avqust ayından həbsdədir. O, 2022-ci ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra açılmış onlarla cinayət işi üzrə mühakimə olunur.

Yeni hökmün elan edilməsindən sonra Xanın rəhbərlik etdiyi “Pakistan Ədalət Hərəkatı” partiyası Pəncab əyaləti boyunca etiraz aksiyaları keçirməyi planlaşdırdığını açıqlayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
22
icma.az

10Mənbələr