AZ

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

0:00

/

0:31

x1

Maliyyə Nazirliyi "Qarabağ Toxum" MMC ilə bağlı protokol tərtib edib.

Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərini pozub.

Belə ki, "Qarabağ Toxum" barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün protokol tərtib edilərək məhkəməyə göndərilib.

Şabran Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 2 min manat məbləğində cərimə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
3
oxu.az

4Mənbələr