“Gərgin oyun olacağını bilirdik. “Neftçi”ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqibi təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəlliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü “Karvan-Yevlax” olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov “Neftçi” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablayıb:
– Komandanın üstünlüyü əldən verməsinin səbəbi nədir?
– Müdafiədə buraxdığımız səhvlərdir. Rəqibin təzyiqi artıqda səhvlər də artır. Biz bunları görürük. Səhvlərin sayı getdikcə azalır. İşləməklə bunun öhdəsindən gəlmək olar.
– Rəqib baş məşqçi futbolçularınızın vaxt uzatdığını bildirdi. Buna münasibətiniz necədir?
– Məncə vaxt uzatmaq yox idi. Bəzi futbolçularımız zədə ilə oynayırdı. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.
– Qışda nələri dəyişmək istəyirsiz?
– Bəzi mövqelər var ki, gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik.