“Qalatasaray”ın hücumçusu Viktor Osimhen həmyerlisi Ademola Lukmana qışda İstanbul klubuna keçməyi tövsiyə edib.
İdmanxeber.az-ın məlumatına görə, “Atalanta”dan ayrılmağı düşünən nigeriyalı vinger üçün “Qalatasaray” əsas favorit sayılır.
Osimhen də transferi dəstəkləyərək Lukmanı razı salmağa çalışır. 28 yaşlı futbolçu bu mövsüm 5 oyunda 2 qol və 1 asistlə yadda qalıb.
Onun “Atalanta” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.