AZ

Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti Albaniyada səfərdə olub

15-18 dekabr tarixlərində Məhkəmə-Hüquq Şurasının üzvü – Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun rəhbərlik etdiyi hakimlər və Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndələrindən ibarət heyət Albaniya Respublikasının Tirana şəhərində təşkil olunmuş təcrübə səfərində iştirak edib.

Məhkəmə-Hüquq Şurasından verilən xəbərə görə, səfərin əsas məqsədi Albaniya Respublikası Ali Məhkəmə Şurasının fəaliyyət istiqamətləri, təşkili və məhkəmə idarəetməsi sahəsində tətbiq olunan praktika ilə yaxından tanış olmaq, habelə qarşılıqlı maraq doğuran məsələlər üzrə bilik və qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək olub.

Səfər proqramı çərçivəsində Albaniya Respublikası Ali Məhkəmə Şurasının sədri və üzvləri ilə keçirilən görüş zamanı Albaniyada məhkəmə sisteminin təşkilati quruluşu, məhkəmə idarəetməsi, hakimlərin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi və təyin edilməsi prosedurları, habelə elektron məhkəmə sisteminin tətbiqi istiqamətində həyata keçirilən islahatlar və qabaqcıl təcrübələr barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, bu sahələr üzrə geniş və məhsuldar fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Seçilən
40
6
cebheinfo.az

7Mənbələr