AZ

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Məhkəmə-Hüquq Şurasının üzvü – Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun rəhbərlik etdiyi hakimlər və Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndələrindən ibarət heyət Albaniyanın Tirana şəhərində təşkil olunmuş təcrübə səfərində iştirak edib.

Şuradan 525.az-a verilən məlumata görə, səfərin əsas məqsədi Albaniya Ali Məhkəmə Şurasının fəaliyyət istiqamətləri, təşkili və məhkəmə idarəetməsi sahəsində tətbiq olunan praktika ilə yaxından tanış olmaq, habelə qarşılıqlı maraq doğuran məsələlər üzrə bilik və qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək olub.

Səfər proqramı çərçivəsində Albaniya Ali Məhkəmə Şurasının sədri və üzvləri ilə keçirilən görüşdə bu ölkədə məhkəmə sisteminin təşkilati quruluşu, məhkəmə idarəetməsi, hakimlərin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi və təyin edilməsi prosedurları, habelə elektron məhkəmə sisteminin tətbiqi istiqamətində həyata keçirilən islahatlar və qabaqcıl təcrübələr barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, bu sahələr üzrə geniş və məhsuldar fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndəsi tərəfindən Şuranın statusu və funksiyaları, ölkəmizin məhkəmə sistemi, məhkəmə müstəqilliyinin təmin olunması istiqamətində son dövrdə həyata keçirilmiş islahatlar, eləcə də “Elektron məhkəmə” informasiya sisteminin imkanları mövzularında təqdimatla çıxış edilib.

Nümayəndə heyəti, həmçinin Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə İxtisaslaşmış birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində, Tirana İnzibati Məhkəməsində, İnzibati Apellyasiya Məhkəməsində, Tirana Ümumi Yurisdiksiya üzrə Şəhər Məhkəməsində və Tirana Ümumi Yurisdiksiya üzrə Apellyasiya Məhkəməsində olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
6
525.az

7Mənbələr