AZ

Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib.

Paralel.az xəbər verir ki forumun açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumun açılışında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Ədalət Muradov, Hədəf Şirkətlər Qrupunun qurucu diektoru, forumun layihə rəhbəri Şəmil Sadiq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Milli Məclisin deputatı Mehriban Vəliyeva bildiriblər ki, davamlı səciyyə daşıyaraq diqqətləri özünə cəlb edən təhsil menecerləri forumu ölkəmizin elm-təhsil həyatında əlamətdar hadisədir.

Qeyd olunub ki, ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən Üçüncü Təhsil Menecerləri Forumuna ümumilikdə 14 xarici və yerli spiker qatılıb. Forumun məqsədi yeni təhsil idarəçiliyinin çağırışlarına cavab tapmaq, məktəb və ali təhsil müəssisələrinin innovativ idarəetmə təcrübələrini müzakirə etmək və təhsil sahəsində dayanıqlı inkişaf üçün yollar axtarmaqdır.

“Gələcəyin təhsil modelini birlikdə formalaşdıraq” devizi ilə keçirilən forumda spikerlər müxtəlif aktual mövzularda çıxış ediblər. Çıxışlardan sonra Eduventos onlayn təhsil platformasının təqdimatı olub.

Forum çərçivəsidə “Effektiv təhsil idarəçiliyi: müasir məktəb rəhbərliyinin çağırışları və imkanları”, “Təhsildə maliyyə dayanıqlılığı və büdcənin effektiv idarə olunması, “Təhsildə süni intellekt: imkanlar və gələcək perspektivlər” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyələr verilib.

Qeyd edək ki, forum çərçivəsində Təhsil Texnologiyaları Sərgisi də təşkil edilib.

Layihənin icra rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev Forumda bağlanış nitqi ilə çıxış edib, spikerlərə və iştirakçılara sponsorlar tərəfindən hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Forumun əsas tərəfdaşları MUSİAD Azərbaycan, Türkiyədən Elta Beynəlxalq İmtahan Mərkəzi, Sərçə Akademiyası, Robotzade, e-school, Nano İCT, SinKod, Kiber ONE (Kibervan), Hədəf STARS Campus və Xan Nəşriyyatıdır. 3-ci Təhsil Menecerləri Forumunun informasiya dəstəkçiləri: Azərbaycan Dövlət Televiziyası (Aztv), Real TV, “Təhsil TV, “Bizim Media”, Ustad dəsrgisi, “Bizim Yol”, “Media25” və sənət.az platformalarıdır. 4-cü Təhsil Menecerləri Forumu 2026-cı ildə də keçiriləcək.

Qeyd edək ki, forum “Təhsil tv” ilə canlı yayımlanıb.







Seçilən
6
1
paralel.az

10Mənbələr